Nazirlikdə kadrları dəyişdilər
Bizi izləyin

Qırmızı.az

Nazirlikdə kadrları dəyişdilər

Nazirlikdən Publika.Az-a verilən məlumata görə, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə, İnformasiya texnologiyaları şöbəsinin müdir müavini Elnur Camalxanov isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq qanunvericiliyin, o cümlədən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılan kadr islahatları gənc və layiqli mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və idarəetmə sistemində onların bilik və bacarıqlarından daha dolğun şəkildə istifadə edilməsinə, nəticə etibarilə sosial müdafiə tədbirlərinin təşkilində səmərəliliyin artırılmasına xidmət edir.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm