Azərbaycanda üç ölkənin birgə müsabiqəsi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda üç ölkənin birgə müsabiqəsi keçiriləcək

Yaxın günlərdə Azərbaycanda “Çətir” müsabiqəsi başlayacaq. Publika.Az-ın məlumatına görə, ötən gün keçirilən mətbuat konfransında müsabiqənin təşkilatçısı Günel Tomris üç ölkənin -Azərbaycan, Türkiyə və Kanadanın birgə ərsəyə gətirəcəyi tədbirin 5 günü əhatə edəcəyini bildirib.

Bədii qiraət, rep, xalq mahnıları, instrumental musiqi və rəqsi özündə birləşdirən müsabiqənin əsas məqsədi gənc istedadları üzə çıxarmaq və onları tanıtmaqdan ibarətdir.

Müsabiqənin kastinqləri bitən kimi, yekun konsertin hazırlıqlarına başlanılacaq.

Müsabiqəni dəstəkləmək üçün tanınmış reper Anar Nağılbaz da tədbirdə iştirak edirdi. Rep üzrə münsiflər heyətinin sədri o olacaq.

“Qalan 4 sahə üzrə münsiflərlə isə hələlik danışıqlar gedir. Münsiflərin tərkibində xarici ulduzların olacağı da gözlənilir. Müsabiqə, böyük ehtimalla ATV kanalında nümayiş olunacaq”, - təşkilatçı deyib.

G.Tomris onu da qeyd edib ki, istedadı olan iştirakçılar tanınmış münsiflər heyəti qarşısında öz bacarıqlarını göstərəcəklər. Qaliblər SMS vasitəsilə deyil, münsiflərin qərarı ilə seçiləcək.

İlk konsert sentyabr ayının sonlarında baş tutacaq.

“Çətir” müsabiqəsini dəstəkləmək məqsədilə sənətçilər Anar Nağılbaz, Elnur Rasimoğlu, Habil Qurbanov, Mehin də mətbuat konfransında iştirak edirdilər.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm