Çağırışçılar hərbi hissələrə xüsusi avtobuslarla daşınacaq
Bizi izləyin

Qırmızı.az

Çağırışçılar hərbi hissələrə xüsusi avtobuslarla daşınacaq

Avtobuslar SHÇDX-nin rayon şöbələrinə veriləcək. Gələcəkdə SHÇDX tərəfindən yenə avtobusların alınması planlaşdırılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) çağırışçıların hərbi hissələrə daşınması üçün avtobuslar alıb.Publika.Az-ın məlumatına görə, bu gün Xidmətin aldığı yeni avtobusların təqdimatı keçirilib.

Yeni avtobuslara baxış keçirən SHÇDX rəisi, general-leytenant Arzu Rəhimova məlumat verilib ki, Türkiyənin “Otokar” firmasından 30 ədəd “Otokar Tempo” markalı avtobus alınaraq Xidmətin balansına verilib. Bu 28 yerlik avtobuslar öz rahatlığı və təhlükəsizliyi ilə analoqlarından fərqlənir.

Avtobuslar SHÇDX-nin rayon şöbələrinə veriləcək. Gələcəkdə SHÇDX tərəfindən yenə avtobusların alınması planlaşdırılır.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm