Təlim təyyarəsi tibbi mərkəzə düşdü: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Təlim təyyarəsi tibbi mərkəzə düşdü: 1 ölü, 3 yaralı

Fransanın Hərbi Hava Qüvvələrinin “Alpha Jet” təlim təyyarəsi Tur şəhəri yaxınlığında əlillər üçün inşa olunan tibbi mərkəzə düşdü.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, üçü isə yaralanıb.

Ölən və yaralananların hamısı mülki vətəndaşlardır.

Təyyarə ekipajının hər iki üzvü tullanmağa imkan tapıb. Fransa Müdafiə Nazirliyinin məlumatına görə, Parse-Mele təyyarə bazasından qalxan “Alpha Jet” təlim uçuşu yerinə yetirirdi.

“Alpha Jet” yüngül təlim təyyarəsi 1970-ci illərin ortalarında Almaniyanın “Dornier” və Fransanın “Dassault-Breguet” tərəfindən birgə hazırlanıb. Almaniya və Fransadan başqa dünyanın bir çox ölkəsinin ordusunda silahlanmaya daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm