Arxitektura Komitəsi: ““Sovetski”nin köçürülməsi ilə bağlı İcra Hakimiyyəti bizə müraciət etməyib”
Bizi izləyin

Qırmızı.az

Arxitektura Komitəsi: ““Sovetski”nin köçürülməsi ilə bağlı İcra Hakimiyyəti bizə müraciət etməyib”

““Sovetski”nin köçürülməsində əsas məqsəd paytaxtda yaşıllığın çoxaldılmasıdır

““Sovetski”nin köçürülməsində əsas məqsəd paytaxtda yaşıllığın çoxaldılmasıdır. Lakin tək səbəb bu deyil. Əvvəllər də “Sovetski” yaşayış üçün normal ərazi hesab edilməyib, bu gün də həmin fikir qüvvədədir”.

Bu sözləri Publika.Az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib.

Onun sözlərinə görə, ərazidəki evlər tikinti normalarına əməl edilmədən tikilib. Onlar ölçüsüz daşlarla tikilib, yapışdırıcı maddə kimi gil, əhəngdən istifadə edilib, ona görə də, istismar keyfiyyəti aşağıdır. Həmçinin ərazi kriminal zonada da hesab edilib. Bütün bu səbəblər nəzərə alınaraq Sovet dövründə ərazinin abadlaşdırılması planlaşdırılırdı.

Onun sözlərinə görə, sözü gedən ərazidə hər hansı söküntü aparılıb, işlər görüləcəksə, ilk öncə onun layihəsi hazırlanmalıdır:

“Bu gün qüvvədə olan Baş Planda da ərazidəki evlərin sökülməsi nəzərdə tutulub. Dəfələrlə gündəmə gəlsə də, hələ ki, bu köçürmə baş tutmayıb. Bununla bağlı İcra Hakimiyyəti İşçi layihəsini hazırlayıb, bizim komitəyə təqdim etməlidir. Lakin hələ ki, bununla bağlı müraciət edilməyib”.

Komitə rəsmisi onu da bildirdi ki, ərazidəki bütün evlər sökülməyəcək, tarixi memarlıq abidələri saxlanılacaq:

“Təkcə “Sovetski” yox, “Kubinka” adlanan ərazi də söküləcək. Bu ərazilər bir neçə rayonun tabeliyində olduğundan müvafiq İcra Hakimiyyətlərinə bu istiqamətdə tapşırıq verilib”.

Ərazidə park əvəzinə yaşayış binaların tikilməsi ilə bağlı fikirlər də mövcuddur. C.Qocayev də ərazidə bina tikilməsinin istisna olmadığını dedi:

“Əlbəttə, yalnız park salınmayacaq, həm də hündürmərtəbəli binalar da tikilə bilər. Həmin ərazidən səmərəli istifadə edilməsi üçün bir neçə yaşayış binasının da tikilməsi planlaşdırılır. Bu binalar əsasən, yol kənarında tikiləcək. Onlar yaşayış, həmçinin biznes məqsədilə də istifadə edilər bilər. Mərkəzi hissədəki ərazilərdə isə hündürmərtəbəli bina tikilməsi planlaşdırılmır”.

Onun sözlərinə görə, binaların tikintisi işin təşkilindən asılıdır. Həmin ərazilər müsabiqədəyə çıxarıla bilər, tikinti şirkətləri də məqsədlərini bildirdikdən sonra tikintinin aparılması müəyyənləşəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm