İrandan Azərbaycana 11 kq narkotik keçirmək istədilər, tutuldular
Bizi izləyin

Qırmızı.az

İrandan Azərbaycana 11 kq narkotik keçirmək istədilər, tutuldular

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətindən Publika.az-a verilən məlumata görə, dekabrın 6-da Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 15.11.1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 10.10.1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm