Evlər kanalizasiya sularının altında qaldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Evlər kanalizasiya sularının altında qaldı - FOTO

Nərimanov rayonunda evlər kanalizasiya sularının altında qalıb. Rayonun “Çermet” qəsəbəsi, Habil Mirzəyev küçəsi dongə 2-də yaşayan sakinlərin həyətlərinə bir neçə gündür ki kanalzasiya suları dolub.

Sakinlərin Publika.az-a bildirdiyinə görə, suyun axması üçün yer olmadığından onlar yaranmış süni gölləri keçərək işə getməli olurlar. Şikayətçilərin sözlərinə görə, hazırda təxminən 15-ə yaxın ev kanalizasiya suları altındadır.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Mətbuat katibinin Publika.az-a bildirdiyinə görə, hazırda həmin ərazidə problemin aradan qaldırılması üçün əməkdaşlar çalışır. Tez bir zamanda problem həll olunacaq.

Problemin hansı səbəbdən yarandığı barədə məlumatsız olan qurumun sözçüsü deyib ki, araşdırmadan sonra əraziyə kanalzasiya sularının nədən yığılması müəyyənləşəcək.

A.Cəbrayıllı həm də əhaliyə müraciət edərək belə hallar baş verdikdə qurumun 955 nömrəli “qaynar xətt”inə müraciət etmələrini xahiş etdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm