Lənkəranda partlayış: 5 nəfər ağır xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Lənkəranda partlayış: 5 nəfər ağır xəsarət aldı

Ötən gecə saatlarında Lənkəran rayonu Liman şəhərində mənzildə güclü partlayış baş verib. Hadisə nəticəsində bir ailənin 5 üzvü ağır xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın müalicə işləri üzrə müavini Əbülfət Məmmədovun Publika.az-a verdiyi məlumata görə, yaralıların vəziyyəti ağırdır.

“Yaralılar Zərbiyevlər ailəsinin üzvləridir. Onlar Zərbiyev İsmayıl, həyat yoldaşı Elnarə, övladları Aytac, Kənan və Nərmindir. 2003-cü il təvəllüdlü Nərmin vəziyyəti orta ağır dəyərləndirilir, digər 4 nəfərin vəziyyəti isə ağırdır. Xəstələrin hamısına yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub. 2-3-cü dərəcəli yanıqlar olsa da, tənəffüs yolları, ağciyərlər zərər gördüyünə görə, vəziyyətlərini ağır dəyərləndiririk. Xəstələrə ilkin yardım göstərilib, şok əleyhinə tədbir görülüb. Onlar şokdan çıxan kimi ixtisaslı müalicə almaları üçün Bakıya göndəriləcəklər. Bu barədə dəqiq qərar günün ikinci yarısında veriləcək”.

İlkin məlumata görə, hadisə qazsızma səbəbindən baş verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm