ŞOK! Abşeronda 15 yaşlı qıza təcavüz
Bizi izləyin

Qırmızı.az

ŞOK! Abşeronda 15 yaşlı qıza təcavüz

9-cu sinif şagirdlərinə iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. 9-cu sinif şagirdi olmuş təqsirləndirilən şəxslər həmyaşıdları Sevdanı (ad şərti verilib) zorlayıblar.

Bundan başqa, onların qıza qarşı hədə-qorxu gəlmələri də üzə çıxıb.

Təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) və 150-ci (seksual xarakterli hərəkət etmə) maddələri ilə ittiham ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm