Sabah hava mülayim olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava mülayim olacaq

Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti müşahidə ediləcək, cənub küləyi bəzi yerlərdə güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında dekabrın 12-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.


Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm