Qırmızı.az
"Metirka"ları əvəzləyəcək kartlar gəlir - Qanun
Azərbaycan Prezidenti İlham Əliyev "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Trend-in məlumatına görə, bu qanun 2015-ci il dekabrın 1-dən
qüvvəyə minəcək. Qanun 15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi,
habelə fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti
alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə
bağlı yaranan münasibətləri tənzimləyəcək.
Fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində 15
yaşı tamam olmamış vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd
olacaq. Fərdi identifikasiya kartı vətəndaşın qanuni nümayəndəsinin
(valideynin, vətəndaşı övladlığa götürənin, qəyyumunun və ya
himayəçisinin) müraciəti əsasında veriləcək. Kartın üzərində
vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, qan
qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq
müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı
göstəriləcək. Karta elektron daşıyıcı (çip) da bərkidiləcək. Çipdə
kartın üzərindəki məlumatlarla yanaşı, vətəndaşın soyadı, adı,
atasının adı dəyişilibsə, əvvəlki soyadı, adı, atasının adı,
doğulduğu yer, yaşayış yeri, vətəndaşın gözlərinin rəngi, qanuni
nümayəndəsinin soyadı, adı, atasının adı, fərdi identifikasiya
nömrəsi və əlaqə məlumatları (poçt ünvanı, elektron poçt ünvanı,
telefon nömrələri), fərdi identifikasiya kartını verən orqanın adı
və kartın verilmə tarixi haqqında məlumatlar da yerləşdiriləcək.
Elektron daşıyıcıda saxlanılan məlumatlar oxunuş üçün açıq
olacaq.
Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı
tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya
kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə
veriləcək. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı
tamam olanadək etibarlı sayılacaq.
Fərdi identifikasiya kartı vətəndaşlara tələb edilən sənədlər
müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra ən geci 5 iş
günü müddətində pulsuz veriləcək.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ