“Oi“ təhlükəlidir, amma...
Bizi izləyin

Qırmızı.az

“Oi“ təhlükəlidir, amma...

Yaponiyanın baş naziri Yoşihiko Noda nüvə enerjisi əleyhdarlarını qəzəbləndirən addım atıb.

Publika.Az Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirir ki, baş nazir nüvə stansiyalarının yenidən fəaliyyətə başlaması üçün göstəriş verib.

Keçən ilin mart zəlzələsindən sonra "Fukusima" AES-də baş verən fəlakətin ardından ölkə ictimaiyyətində nüvə enerjisi əleyhinə etirazlar artıb. Baş nazir isə xalqın reaksiyasına əhəmiyyət vermədən "Kansay" Elektrik Şirkətinə ölkənin qərbindəki "Oi" Atom Elektrik Stansiyasının iki reaktorunun fəaliyyətinin bərpa edilməsi əmrini verib.

"Oi" AES əhalinin xüsusi sıxlığı ilə seçilən Kansay regionunu elektrik enerjisi ilə təmin edir.

Mətbuat konfransında çıxış edən baş nazir bildirib ki, əhalinin enerji tələbatının təmin edilməsi onun əsas vəzifələrindən biridir və məhz bu fakt "Oi" AES-in fəaliyyətinin bərpasını zəruri edir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm