Bayılda 20 manat üstündə qətl törədildi
Bizi izləyin

Qırmızı.az

Bayılda 20 manat üstündə qətl törədildi

Dostundan 20 manatını ala bilməyən Şəhriyar adlı şəxs ona hücum edib və ürəyindən vurulub

Publika.Az-ın məlumatına görə, dünən saat 20:25 radələrində Səbail rayonu ərazisində qətl hadisəsi baş verib. Bayıl qəsəbəsi, Xanlar küçəsində yaşayan 24 yaşlı Eldar Məmmədov öz həmyaşıdı olan, Səbail rayonu, 20-ci sahə yaşayış massivində yaşayan Şəhriyar adlı dostunu bıçaqla qətlə yetirib.

Hadisə yerinə Səbail rayon Polis İdarəsinin, 8-ci polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları gəlib. Cinayətini törətməkdə şübhəli bilinən E.Məmmədov hadisə yerindəcə saxlanılıb. Olay yerində olan əməkdaşımız polis əməkdaşlarından hər hansı məlumat əldə etmək istəsə də, buna nail ola bilməyib.

Polislər yalnız araşdırma aparıldıqdan sonra məlumat verə biləcəklərini deyiblər. Buna baxmayaraq, əməkdaşımız qətli törədən Eldar Məmmədovun atası isə söhbətləşərək cinayətin detallarını öyrənə bilib.

Famil Məmmədovun sözlərinə görə, hadisə baş verməzdən əvvəl oğlu evdə olub və hamam otağında olarkən çoxdan tanıdığı Şəhriyar adlı şəxs onlara gəlib:

"O, məndən oğlum Eldarı soruşdu. Dedim, hamamdadı. O da cavab verdi ki, Eldara de ki, onu gözləyirəm, tez çıxsın. Üstündən 5 dəqiqə keçdi, yenə qapını döyüb Eldarı soruşdu. Eldar hamamdan çıxandan sonra həyətə düşdü. Sonra evə qayıdıb paltarlarını dəyişib çıxdı. Bir az keçəndən sonra eşitdim ki, Eldarla Şəhriyar həyətdə dalaşıb.

Maraqlandım, Şəhriyar dedi ki, atam rəhmətə gedib, Eldarın mənə 20 manat borcu var. Pulu versin, rayonu gedirəm. Mən də dedim ki, üstümdə cəmi 11 manat var, al bu pulu, pensiyamı alanda qalanını da verərəm. O da pulu alıb getdi. Sonra çıxıb həyətdə yenə dalaşıblar.

Şəhriyar özü ilə gətirdiyi "atverka" ilə oğlum Eldara hücum edib. Eldar da özünü müdafiə eləmək üçün balaca bir bıçaqla onu vurub. Mən gördüm, çox kiçik bir bıçaq idi. Amma necə olubsa, bıçaq Şəhriyarın ürəyindən dəyib və elə bizim həyətdəcə ölüb".

Hadisə şahidlərinin bildirdiyinə görə, Şəhriyar bıçaqla vurulandan sonra yerə yıxılıb və bir neçə dəqiqə çapaladıqdan sonra keçinib. Bu müddətdə ona heç kim kömək etməyib, hətta təcili yardım da çağıran olmayıb.

Hadisə ilə bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Elməddin

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm