İcra başçısı xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İcra başçısı xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)

“Hadisə nəticəsində 4 nəfər yüngül travma ilə bağlı müraciət etmişdi. 3 nəfər daşla,1-i isə qarın nayihəsindən küt travma almışdı. Rayon icra başçısı qapalı kəllə-beyin travması almışdı”.

Bu barədə Publika.az-a məlumat verən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyev bildirib ki, xəsarət alanlara yardım göstərildikdən sonra onlar evə buraxılıb, icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

Gəncə Mərkəzi Klinik Xəstəxanasından isə Publika.az-a bildirdilər ki, xəstələr barədə telefonla məlumat vermirlər.

Gəncə şəhər Nizami Rayonunun İcra Hakimiyyətindən isə zənglərə cavab verən olmadı.

Gəncə Şəhər Baş Polis İdarəsi və Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən isə hadisə ilə bağlı saxlanılanların olub-olmaması barədə məlumat vermədilər. Bildirildi ki, Gəncə şəhər prokurorluğunda faktla bağlı müvafiq araşdırma aparılır.

13:33

Gəncədə Kəlbəcər rayon sakinləri icra başçısı və müavinlərinə hücum edib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb. Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxşdir, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm