Azərbaycan Belçikada keçirilən milli sərgidə iştirak edib
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Belçikada keçirilən milli sərgidə iştirak edib

Belçikanın La Louvier şəhərində şəhər meriyası və şəhər bələdiyyəsinin təşkilatçılığı bu ölkədə yaşayan xalqların milli sərgisi keçirilib.

Bu barədə Publika.Az-a Belçikadakı Azərbaycan diasporunun nümayəndəsi Rəşad Xasayoğlu məlumat verib. Onun sözlərinə görə, sərgidə 150-yə yaxın stend-guşə hazırlanıb. Sərgiyə Azərbaycan diasporu adından dəvətli olan “Dayaq” Cəmiyyəti tərəfindən hazırlanan guşədə Azərbaycanın tarixini, mətbəxini, mədəniyyətini əks etdirən kitabçalar, bukletlər və kitablar sərgiyə gələn qonaqlara təqdim edilib.

Sərgiyə Belçikanın müxtəlif siyasi partiyalarının rəhbərləri, şəhər meri, bələdiyyə rəhbəri və digər nüfuzlu qonaqlar iştirak ediblər. Azərbaycan guşəsi ilə La Louvier şəhər meri Jak Guert, Belçika Federal Parlamentinin üzvü Olga Zrihen və bu ölkənin ictimai-siyasi, incəsənət və mədəniyyət xadimləri tanış olublar. Adı çəkilən şəxslər Azərbaycanı daha yaxından tanımaq üçün ölkəmizə səfər etmək istədiklərini bildiriblər.

Hazırda Belçikada iqtidarda olan Sosialistlər Partiyasından La Louvier şəhər bələdiyyəsinə seçkilərdə namizəd kimi qatılan əslən Türkiyənin Karadeniz bölgəsindən Elif Özmen Azərbaycanı çox sevdiyini, seçkilərdə qələbə qazanacağı təqdirdə Belçikada yaşayan azərbaycanlılarına hər cür dəstək verəcəyini bildirib.

Tədbir çərçivəsində “Sarı gəlin” mahnısının sədaları altında Azərbaycan milli musiqisi və rəqsi də nümayiş etdirilib.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm