Şeyxulislam mükafat aldı
Bizi izləyin

Qırmızı.az

Şeyxulislam mükafat aldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə “Türkməneli” vəqfinin mükafatı təqdim edilib.

Qafqaz Müsılmanları İdarəsindən Publika.Az-a verilən məlumata görə, mükafat şeyxülislam Allahşükür Paşazadə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq türkmanlarının nümayəndə heyətinin üzvləri ilə görüşdə verilib.

QMİ-də keçirilən görüşdə ikitərəfli münasibətlər, dini məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şeyxülislam Azərbaycan ilə İraq arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışmış və əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

İraqın nümayəndə heyəti iki ölkə arasında ədəbi, mədəni və tarixi əlaqələrdən danışmış, dövlətlərimiz arasında münasibətlərin uğurla inkişaf etməsindən məmnunluğunu diqqətə çatdırıb.

Qeyd edək ki, İraqın nümayəndə heyətinə iraqlı şair Fövzi Əkrəm, “Türkməneli” vəqfinin sədri Fatih Türkcan və rejissor İsmət Hürmüzlü daxildirlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm