Partiya sədrinin müşaviri ağır yol qəzası keçirdi
Bizi izləyin

Qırmızı.az

Partiya sədrinin müşaviri ağır yol qəzası keçirdi

Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) sədri Əli Kəriimlinin müşaviri Asif Yusifli dünən axşam saatlarında ağır yol qəzası keçirib.

AXCP sədrinini müavini Fuad Qəhrəmanlı Publika.Az-a bildirib ki, hadisə iyunun 13-də, axşamçağı Asif Yusiflinin də içərisində olduğu avtomobil Şamaxıdan Bakıya qayıdarkən baş verib.

Müşavirin iki yerdən ayağı sınıb, 4 qabırğası qırılıb. 1 saylı Şəhər Kliniki Xəstəxənasının ("Semaşko") dördüncü korpusunun reanimasiya şöbəsinə yerləşdirilən Asif Yusifli iyunun 14-də əməliyyat olunub.

İlk günlər vəziyyəti kritik olan cəbhəçi bu gün artıq özünə gəlib. Hazırda Asif Yusiflinin həyatı üçün təhlükə olmadığını vurğulayan Fuad Qəhrəmanlı bununla belə Asif Yusiflinin ağır bədən xəsarətləri aldığını, hazırda reanimasiya şöbəsində olduğunu qeyd edib.

Avtomobili Asif Yusifli özü idarə etməyib, maşında isə daha iki nəfər olub. AXCP sədrinin müavini həmin şəxslərin kimliyinin ona bəlli olmadığını da deyib.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm