• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Los-Ancelesdəki baş konsulumuz Nyu-Meksika ştatında görüşlər keçirib

Los-Ancelesdəki baş konsulumuz Nyu-Meksika ştatında görüşlər keçirib

Azərbaycanla ABŞ-ın Nyu-Meksika ştatı arasında əlaqələrin gücləndirilməsi məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev sözügedən ştatın paytaxtı Santa-Fe şəhərinə səfər edərək, orada ştatın icraedici və qanunverici orqanlarının təmsilçiləri, həmçinin ekspertlər və yerli KİV nümayəndələri ilə görüşlər keçirib.

Nyu-Meksika ştatının vitse-qubernatoru Con Sançezlə keçirilmiş görüşdə Azərbaycanın regionda artmaqda olan rolu, güclü iqtisadi potensialı, Azərbaycan-Nyu-Meksika əlaqələrinin müxtəlif sahələrdə inkişafı yolları və digər məsələlər müzakirə mövzuları olub.

Ştat Senatının və Nümayəndələr Palatasının üzvləri ilə keçirilmiş görüşlərdə isə, əsasən, müstəqilliyinin 20 ili ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, zəngin təbii resurslardan ölkənin güclənməsi üçün səmərəli istifadəsi, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və bu kimi məsələlər müzakirə olunub.

Baş konsul, həmçinin, nüfuzlu Santa-Fe Beynəlxalq Münasibətlər Şurasının idarə heyətinin üzvləri və Nyu-Meksikanın ən böyük qəzetlərindən biri olan “Santa Fe New Mexican” qəzetinin redaksiya heyəti ilə görüşərək, onlarla regiondakı geosiyasi durum, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı fikir mübadiləsi aparıb.

Görüşlərdə Santa-Fe şəhərindəki Azərbaycanın fəxri konsulu Emmitt Riçard MakHaffi də iştirak edib.

Xatırladaq ki, Nyu-Meksika ştatı Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun səlahiyyət dairəsinə daxil olan ABŞ-ın 13 qərb ştatından biridir.

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR