Sabah Bakıda bəzi yollar bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda bəzi yollar bağlanacaq

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Onun sözlərinə görə, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək: “Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməsinlər. Həmçinin mənzil başına çatmaq üçün sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu öndərin məzarını ziyarətə gələnlərdən də xahiş edirik ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm