Özbəkistanın yeni səfiri ilk görüşünü QMİ sədri ilə keçirib
Bizi izləyin

Qırmızı.az

Özbəkistanın yeni səfiri ilk görüşünü QMİ sədri ilə keçirib

İyunun 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Şerzod Fayziyev ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Allahşükür Paşazadə diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Şerzod Fayziyev dövlət başçısına etimadnaməsini təqdim etdikdən sonra ilk görüşünü Allahşükür Paşazadə ilə keçirdiyini vurğulayıb.

Diplomat QMİ sədrinin Azərbaycanın rəsmi nümayəndə heyəti tərkibində, habelə bu yaxınlarda elm və din xadimlərindən ibarət nümayəndə heyətinin rəhbəri kimi Özbəkistana səfəri barədə fikirlərini bölüşüb.

Ötən il Özbəkistan prezidenti İslam Kərimova "Şeyxülislam ordeni" təqdim etdiyini xatırladan Allahşükür Paşazadə Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyinə görə Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm