Dünyanın ən nəhəng telefon şirkəti çökür
Bizi izləyin

Qırmızı.az

Dünyanın ən nəhəng telefon şirkəti çökür

Finlandiya telekommunikasiya nəhəngi Nokia işçilərinin ixtisarı və ölkədəki zavodlarından birinin bağlanması ilə bağlı bəyanat yayıb.

Publika.Az-ın məlumatına görə, şirkətin səhmlərinin Helsinki birjalarında 2 avro düşməsi rəhbərliyi belə addım atmağa məcbur edib.

Şirkətin yaydığı bəyanatda deyilir ki, 2013-cü ilin sonuna kimi Nokia-nın 10 min əməkdaşının işdən çıxarılması nəzərdə tutulur.

Həmçinin Finlandiyanın Salo şəhərindəki zavodu da bağlanacaq.

Rəhbərlik bununla 2013-cü ilin sonuna kimi 1.6 milyard avroya qənaət etmək niyyətindədir.

Şirkətin idarə heyətinin rəhbəri Stiven Elopun sözlərinə görə, işdən çıxarılan bütün əməkdaşların təzminat haqları ödəniləcək və onların yeni işlə təmin olunmasına köməklik göstəriləcək.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm