Qırmızı.az
İordaniyadakı səfirimiz İraqa səfər edib
Elman Araslı İraqın rəsmi şəxsləri ilə bir araya gəlib
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı (səfir eyni zamanda İraqda da akkreditə olunub) iyunun 10-13-də İraq Respublikasına səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, səfər çərçivəsində Elman Araslının İraq Respublikasının yüksək vəzifəli rəsmiləri ilə görüşləri baş tutub.
İraqın baş naziri Nuri əl Malikinin siyasi məsələlər üzrə müşaviri Corc Bakos ilə keçirilmiş görüşdə müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəflərin konkret təklifləri barədə fikir mübadiləsi aparılıb, həmçinin ölkənin daxili-siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr müzakirə edilib.
Xarici işlər nazirinin müavini Labid Məcid Abbavi ilə söhbət zamanı 2012-ci il ərzində Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyasının ilk iclasının Bakıda keçirilməsi imkanları, iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli görüşlərin təşkili, ikitərəfli əməkdaşlıq imkanları, İraqda Azərbaycan səfirliyinin açılması və ölkənin bərpası barədə fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı İraq tərəfinə ölkəmizin tarixini, mədəniyyətini və iqtisadiyyatını əks etdirən məlumat topluları təqdim edilib.
Səxavət Həmid
Publika.Az
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı