Nəcməddin Sadıkov Baş Klinik Hospitalda müalicə olunan hərbçilərə baş çəkib
Bizi izləyin

Qırmızı.az

Nəcməddin Sadıkov Baş Klinik Hospitalda müalicə olunan hərbçilərə baş çəkib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.

General-polkovnik N.Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm