İraq türkmənləri Quba Soyqırımı məzarlığında olub
Bizi izləyin

Qırmızı.az

İraq türkmənləri Quba Soyqırımı məzarlığında olub

İraq türkmənlərindən ibarət nümayəndə heyəti Quba rayonuna səfər edib. Publika.Az-ın məlumatına görə, səfər "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi" bir həftəlik tədbirlər silsiləsi çərçivəsində baş tutub.

Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abdinovun müşayəti ilə Quba şəhərində həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar. Tarixi Quba şəhər camisi və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Quba əhalisini erməni-daşnak hərbi birləşmələrinin soyqırımından xilas etdikdən sonra xalqı salamlamaq üçün eyvanına çıxdığı tarixi evi ziyarət edən qonaqlar Quba Soyqırım Məzarlığında da olublar.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva qonaqlara Quba Soyqırımı məzarlığı haqqında məlumat verib, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar, soyqırımlar və onun acı nəticələri barədə danışıb.

İraq –Türkmən nümayəndə heyətinin üzvlərindən tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlu, doktor Mustafa Ziya, doktor Şəmsəddin Kuzəçi, Türkmaneli İşbirliyi və Kültür Vəqfi başqanı Fatih Türkcan, "Türkmaneli" TV-nin xəbər müdiri Ali Kasapoğlu öz təəssüratlarını bölüşüblər.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm