Görünməmiş vandalizm: Naməlum şəxslər qəbiristanlığa hücum çəkib başdaşlarını dağıtdılar
Bizi izləyin

Qırmızı.az

Görünməmiş vandalizm: Naməlum şəxslər qəbiristanlığa hücum çəkib başdaşlarını dağıtdılar

Hələlik şəxsiyyətləri müəyyənləşdirilməyən şəxslər tərəfindən 70-dən artıq qəbir, başdaşı dağıdılıb. Publika.az Qazeta.ru-ya istinadən xəbər verir ki, Avstraliyanın paytaxtı Sidney şəhərində naməlum şəxslər rus pravoslav qəbiristanlığına hücum çəkib.

«Vandalizm aktı qəribistanlığın köhnə seksiyasında, «kazak cərgəsi» adlandırılan hissənin yaxınlığında qeydə alınıb. Qəribistanlığın basqına məruz qalmış hissəsində kazaklar, rus əsgər və zabitlər, eləcə də Birinci Dünya müharibəsi iştirakçıları dəfn olunub»,- deyə bildirilir. Həmçinin o da vurğulanır ki, naməlum şəxslər tərəfindən dağıdılmış qəbirlər arasında rus pravoslav kilsəsinin tanınmış ruhanilərinin və «Rus Vityazları» adlı hərbi-vətənpərvərlik hərəkatının üzvlərinin də məzarları olub.

Qeyd edək ki, artıq Transbaykal Kazak İcmasının yetkili şəxsləri baş vermiş təcavüz aktı barədə məlumat verən şəxsə 5 min dollar həcmində pul mükafatı veriləcəyini bəyan edib.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm