• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yeni LG CINEMA Screen televizorlarının möhtəşəm təqdimatı baş tutdu

Yeni LG CINEMA Screen televizorlarının möhtəşəm təqdimatı baş tutdu

Publika.Az xəbər verir ki, mərasimdə son texnoloji nailiyyət olan yeni LG CINEMA Screen televizorları təqdim edilib. Gələn qonaqlara və iştirakçılara bu televizorların qeyri-adi funksiyaları barədə məlumat verilib.

Tədbiri giriş sözü ilə açan BAKOND şirkətinin kommersiya direktoru İqbal Cabbarov, LG Electronics və BAKOND şirkətlərinin 17 ildən artıq davamlı əməkdaşlıq etdiyini və bu müddət ərzində bu əməkdaşlığın çox etibarlı və yaxın partnyorluq münasibətlərinə çevrildiyini qeyd edib.

Tədbirdə LG Şirkətinin Region üzrə prezidenti Di Vai Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, diler şirkətlərin nümayəndələri, dilerlər, özəl və dövlət təşkilatlarından dəvət olunan nümayəndələr, habelə KİV nümayəndələri və digər qonaqlar da iştirak edib. İştirakçıları salamlayan Di Vai Kim LG Electronics şirkətinin uğurlarından söz açıb, həmçinin LG-nin son nailiyyətlərindən olan LG CINEMA Screen televizorlarının üstünlüklərindən bəhs edib.

LG CINEMA Screen televizorları 3D xüsusiyyətlərə sahib olmaqla yanaşı, çərçivəsiz ekrana malikdir və bununla kinoteatr ekranı görüntüsü yaradır. Bu televizorlar həmçinin unikal uzaqdan idarəetmə pultuna, 3D görüntülərin dərinliyinə nəzarət etmə funksiyasına, 2D görüntünü 3D-yə çevirmə üstünlüyünə, fərdi kompyuterlər və noutbuklarla simsiz əlaqə qurma xüsusiyyətlərinə, internetə qoşulma və bol çeşidli kontent imkanlarına sahibdir. Həmçinin, oyun oynamağı sevənlər LG CINEMA Screen televizorlarının 3D oyun və İkili Oyun xüsusiyyətlərindən zövq ala bilərlər.

Musiqili proqramla davam edən tədbirdə, iştirakçılar arasında maraqlı lotereya oynanılıb və qaliblərə müxtəlif qiymətli hədiyyələr, həmçinin LG CINEMA Screen televizorları hədiyyə olunub.

Tədbir musiqi sədaları altında qonaqlar üçün təşkil olunan ziyafət mərasimi ilə davam edib. Sonda qonaqlarla xatirə şəkli çəkdirilib və gələn hər bir iştirakçıya dəyərli hədiyyələr verilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR