Qırmızı.az
İnsan alverinin qurbanı olan uşaqlara yardım göstəriləcək
Nazirlər Kabineti "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ını təsdiq edib.
Publika.az-ın Nazirlər Kabinetinin saytına istinadən məlumat
verir ki, Proqram insan alverinin qurbanı olmuş uşaqların sosial
reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq
tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İnsan alveri
qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan
alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və
tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan
ehtiyacları nəzərə alınır.
İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun
mənafeləri üstün tutulmalıdır. Onlara göstərilən xidmətlərin
keyfiyyəti yardım mərkəzlərində işləyən əməkdaşların işə qəbulunda
və işlədiyi dövrdə xüsusi hazırlığının olmasından və peşəkarlığının
artırılması istiqamətində mütəmadi tədbirlərin görülməsindən
asılıdır
İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyasının
həyata keçirilməsi məqsədi ilə yardım mərkəzləri tərəfindən fərdi
sosial reabilitasiya planı tərtib edilir. İnsan alverinin qurbanı
olmuş uşaqlar sığınacaqdan çıxdıqdan sonra profilaktik və
reabilitasiya tədbirlərinin davam etdirilməsi və onların
təhlükəsizliyinin qorunması həmin uşaqların sağlam şəkildə
cəmiyyətə reinteqrasiya olunması üçün vacibdir.
Bu Proqramın əsas məqsədləri insan alverinin qurbanı olmuş
uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası
sahəsində mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı
olmuş uşaqların və potensial qurbanların hüquqlarının müdafiəsində
effektivliyin artırılması üçün tədbirlərin gücləndirilməsi, bu
sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və
beynəlxalq təcrübənin öyrənilməsidir.
Bu Proqramın icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə
Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı
orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və
qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata
keçirilir.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...