Bakıda dəhşətli qətlin təfərrüatı məlum oldu (YENİLƏNİB) - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli qətlin təfərrüatı məlum oldu (YENİLƏNİB) - FOTO

Ötən axşam Bakının Suraxanı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, "Zığ bağları" adlanan yaşayış massivində 25 yaşlı Elşən Mehdiyev 22 yaşlı İntima Salmanovanı münaqişə zəminində qətlə yetirib. Şahidlərin sözlərinə görə, adı çəkilən şəxslər hadisə baş verən ünvanda yaşamırlar. Bir neçə ay öncə ayrılan cütlük ötən gün "Zığ Bağları" massivindəki boş evlərin birində görüşüblər. Həmin vaxt da aralarında mübahisə yaranıb. Əvvəlcə İntimaya bir neçə bıçaq zərbəsi vuran Elşən sonra onu boğaraq öldürüb.

Elşən Mehdiyev hadisədən sonra polisə təslim olub.

Anspress.com xəbər verir ki, saxlanılan Elşən Mehdiyev verdiyi ifadədə keçmiş arvadını qısqanclıq zəminində öldürdüyünü deyib. O bildirib ki, qadın yüngül həyat tərzi keçirirmiş.

Qeyd edək ki, qadının 5 yaşlı oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm