Facebook “Picplz“-i öldürdü
Bizi izləyin

Qırmızı.az

Facebook “Picplz“-i öldürdü

Facebook-un internetə təsiri praktik olaraq geniş imkanlara malik olmayan müstəqil proqramların ölümünə səbəb olur. Bu yaxınlarda Facebook nə az, nə çox - düz 1 milyard dollara "İnstagram" proqramını aldı və bütün istifadəçilər ora axışdı. Nəticədə, "İnstagram"ın rəqibi "Picplz" Titanik kimi dənizin dibinə yuvarlandı. Nəticədə 3 iyulda proyekt fəaliyyətini dayandıracaq. Bu barədə saytın rəsmi foto-mikrobloqunda məlumat verilib.

"Picplz" konkret olaraq bağlanmasının səbəbini açıqlamayıb, amma aydındır ki, səbəb "İnstagram" və Facebook-dur. Servis yavaş-yavaş reytinqlərini itirməyə başladı və sahibləri, nəhayət, bu ağrılı prosesdən canlarını qurtarmaq qərarına gəldilər.

İndi foto-layihənin olduğu serverlər kirayəyə veriləcək. Bütün toplanmış material və istifadəçi məlumatları isə “zibil qabının” dərinliklərinə göndəriləcək.

Picplz-in istifadəçilərinə yalnız materiallarını başqa servisə yükləmələri məsləhət görülür. Maraqlıdır, görəsən, onlardan nə qədəri "düşmən" "İnstagram"a yüklənəcək?

Sahilə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm