Barama Mərkəzindən gənc mühəndislərə dəstək
Bizi izləyin

Qırmızı.az

Barama Mərkəzindən gənc mühəndislərə dəstək

Azercel Telekom-un Barama İnnovasiya Mərkəzi daha bir layihəyə imza atıb. Belə ki, mərkəz bu dəfə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi (GəncMİİB) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bu məqsədlə keçirilən tədbirdə Azercell Telekom rəhbərliyi və “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri iştirak edib. Məlumat üçün bildirək ki, “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi(GəncMİİB) mühəndislərin və mühəndislik qurumlarının peşəkar və ictimai fəaliyyətlərinə dəstək verən, sosial məsuliyyətli, ətraf mühitin qorunmasına qarşı mühəndislərın maarifləndirilməsini həyata keçirən, mühəndislik qurumları arasında əlaqələndirici funksiyanı yerinə yetirən bir ictimai birlikdir.


2009-cu ildə Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış mərkəz əsasən informasiya texnologiyaları üzrə layihələri və qurulan şirkətləri dəstəkləyib onların biznesə çevrilməsinə kömək edir. Barama mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində bir çox uğura imza atılmışdır. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlamış, onlardan 20-si uğurla başa çatmışdır. Hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət isə inkişaf etməkdə davam edir. İlk addımlarını innovasiya mərkəzində başlayan «Start-up» şirkətlərdən biri artıq Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında fəaliyyət göstərir. Mərkəzin Azercell və CRDF Global şirkətlətinin təşkilatçılığı ilə keçirdiyi «Elm və Texnologiya Sahibkarlığı» proqramında 3 layihə gələcək inkişaf üçün qrant almış, 6 layihə isə ABŞ-ın Kaliforniya ştatına, Silikon Vadisinə səyahət edib dünyanın öndə gedən şirkətləri ilə tanış olublar, dünya səviyyəli təcrübəli investor və biznesmenlərlə görüşüblər.

Barama İnnovasiya Mərkəzi və Gənc Mühəndislər Məktəbi arasındakı bu yeni əməkdaşlıq mühəndisliyin müxtəlif sahələri ilə informasiya texnologiyalarının innovativ ideyalar və texniki həllər üçün birləşərək yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə müxtəlif sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır və bütün istedadlı gənclərə hər zaman dəstək olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm