• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yunan partiya sədrindən Türkiyəni silkələyən açıqlama

Yunan partiya sədrindən Türkiyəni silkələyən açıqlama

Yunanıstanın sağçı “Qızıl Şəfəq” Partiyasının lideri Nikos Mixaloliakos növbəti iddia ilə çıxış edib.

Publika.Az-ın məlumatına görə, partiya lideri deyib ki, gələcəkdə yunanlar özlərinin qədim paytaxtı olan İstanbula qayıdacaqlar.

Mixaloliakosun bu bəyanatı Türkiyənin NTV telekanalının efirində yayımlanıb.

Jurnalistin - “Siz 3 min yunanın 15 milyon türkün yaşadığı İstanbulun idarəçiliyini ələ keçirəcəyini real hesab edirsinizmi” sualına partiya sədri belə cavab verib:

“Yəhudi xalqı 1948-ci ildə əsrlərdən bəri dağılmağına baxmayaraq, öz dövlətini qurdu. Mən demirəm ki, biz İstanbulu silah gücünə alacağıq. Amma biz unutmamalıyıq ki, ellinizim mədəmiyyəti Anadolunun min illik tarixində yer tutub”.

Anar Əhmədov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR