Bu yollardan keçməyin - TIXAC var
Bizi izləyin

Qırmızı.az

Bu yollardan keçməyin - TIXAC var

Bakının bəzi küçə və prospektlərində tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən xəbərə görə, hazırda S. Vurğun küçəsindən şəhər istiqamətində, Ş.İ. Xətai prospektindən H. Əliyev prospekti istiqamətində, K. Rəhimov küçəsindən Prezident İqamətgahı istiqamətində, Ə. Rəcəbli küçəsindən N.Nərimanov metrosu istiqamətində , Həsən Əliyev küçəsindən ASAN xidmət istiqamətində, C. Cabbarlı küçəsindən “Caspian Plaza”nın qarşısına doğru avtomobillərin hərəkətində tıxac müşahidə olunur.

Hazırda Parlament prospekti bağlıdır, lakin həmin istiqamətdə polis tərəfindən nəqliyyatın hərəkəti tənzimləndiyindən tıxac müşahidə olunmur.

Bundan əlavə, bu gün saat 08:30-dan Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçə ilə kəsişməsindən Müzəffər Nərimanov küçəsi ilə kəsişməsinədək olan hissəsində gediş, eləcə də yolun eni boyu köməkçi yollarında hərəkət tam dayandırılıb.

Sürücülərdən alternativ yol kimi Əhməd Rəcəbli küçəsindən istifadə edərək yenidən Heydər Əliyev prospektinə oradan isə Böyük Şor yol qovşağına çıxa bilərlər.

Yol axşam saat 20:30-dək bağlı olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm