Səhiyyə Nazirliyi şadlıq evlərində yoxlama apardı
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi şadlıq evlərində yoxlama apardı

Ötən ay 50 qida zəhərlənməsi baş verib. Nəticədə 54 nəfər zəhərlənib. Bu ilin yanvar-noyabr aylarında qidadan zəhərlənənlərin sayı 1234 nəfər olub.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Ötən ay 6 botulizm hadisəsi baş verib, nəticədə 10 nəfər zərər çəkib.

17 sahibkar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Aparılan araşdırmalar zamanı 3 obyektin fəaliyyəti dayandırılıb, 14 nəfər işdən kənarlaşdırılıb.

Bu il ərzində fiziki-kimyəvi göstəricilərinə görə 6435, mikrobioloji göstəricilərinə görə7298, radioloji göstəricilərinə görə isə 186 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Müayinələrin nəticələrinə əsasən, nümunələrin 148-də fiziki-kimyəvi, 103-də mikrobioloji göstəriciləri normadan çox olub.

Həmçinin şadlıq evləri və restoranlardan 17901 yaxma nümunəsi götürülüb. 229 yaxma və 10 soyuq qəlyanaltı nümunəsində kənara çıxma müşahidə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm