“Azəriqaz” noyabrda əhaliyə verilən qazdan nə qədər qazanıb?
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” noyabrda əhaliyə verilən qazdan nə qədər qazanıb?

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin noyabrında əhali sektoru üzrə 277 386 049 kubmetr həcmində təbii qaz verilib. Qarşılığında 96,3 faiz vəsait toplanıb.

Bu barədə Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətindən bildirilib. 2014-cü ilin yanvar-noyabr ayları ərzində isə əhali sektoru üzrə 103,5 faiz vəsait toplanıb. Nəticədə bu ilin 11 ayında debitor borc 6,8 faiz azalıb.

2014-cü ilin noyabr ayı ərzində qurum tərəfindən əhali sektoru üzrə 7041 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5201-i Bakı, Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 1840-ı isə regionların payına düşüb.

Dekabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 120009 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Qeyri-əhali sektoru üzrə 266 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm