Bakıda NATO mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakıda NATO mövzusunda beynəlxalq konfrans keçiriləcək

İyunun 8-də Bakıda "Azərbaycan və NATO əlaqələri Çikaqo sammitindən sonra: Perspektivlər üçün yeni imkanlar" adlı beynəlxalq konfrans keçiriləcək. Publika.Az-ın məlumatına görə, konfrans saat 9.30-da Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun konfrans zalında öz işinə başlayacaq.

Beynəlxalq konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

Konfransa sədrliyi Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli edəcək. Həmçinin İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Rumıniyanıın Azərbaycan Respublikasındakı səfiri Daniel Cristian Ciobanu çıxış edəcəklər.

Konfransda müxtəlif sessiyalar üzrə bölmələrə Milli Məclisin deputatı, Azərbaycan Hüquqşünasları konfederasiyasının İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev, Milli Məclisin deputatı, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü Fazil Mustafa, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev, təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli moderatorluq edəcəklər.

Sessiyalarda müxtəlif mövzular üzrə NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahue, Milli Məclisin deputatı Zahid Oruc, NATO İctimai Diplomatiya Bölməsinin əməkdaşlıq şöbəsinin rəhbəri Mişel Duray, ABŞ Hərbi Dəniz məktəbinin eksperti James Cook və Thomas Fedyszyn, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin rəhbəri Cəsur Sümərinli, təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli ekspert qismində çıxış edəcək.

Konfransa dövlət qrumlarının nümayəndələri, Milli Məclisin deputatları, NATO rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri qatılacaqlar.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm