Uşaqlarının şəkillərini satıb pul qazanan məşhurlar - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Uşaqlarının şəkillərini satıb pul qazanan məşhurlar - SİYAHI

Ana, ya da ata olmaq, hər kəsin həyatını dəyişdirir. Bu vəziyyət məşhurlar üçün bir az fərqlidir. Onsuz da parıltılı həyat sürən məşhurlar ana-ata olunca, sərvətlərinə sərvət qatırlar.

“Uşaq birjasına” qoşulanlar:

Cessika Simpson

Keçən günlərdə ana olan müğənni və aktrisa Cessika Simpson qızının ilk şəklinin yayım haqqını 800 min dollara “People” jurnalına satıb.

Simpson və nişanlısı Erik Conson da uşağı sayəsində sərvətini artıran məşhurlar karvanına qatılıb. Cütlüyün Maksvel Dryu adını verdiyi uşaq 4 kilo yarım ağırlığında dünyaya gəlib. Cütlük uşağın doğumundan əvvəl “Elle” jurnalı üçün fotorqraf qarşısına keçmişdi.

Cennifer Lopez və Mark Entoni

Cennifer Lopez və o dövrdə evli olduğu Mark Entoni də əkiz uşaqlarının yayım haqlarını “People” jurnalına satıb. Bu müqaviləylə cütlüyün kassasına 3milyon sterlinq girmişdi. Lopez və Entoni yollarını çoxdan ayırıblar. əkizlərin qəyyumluğu isə analarında qalıb.

Kristina Agilera

Kristina Agileranın oğlu da dünyaya ruzisiylə gələn məşhur uşaqlardandır. Agilera və o zaman evli olduğu Ceyson Bratman uşaqları Maksın fotolarını 2 milyon dollar qarşılığında çox oxunan bir jurnala satıblar. Agileranın evliliyi də bir müddət əvvəl başa çatıb.

Ancelina Coli və Bred Pitt

Ancelina Coli və Bred Pitt ilk biolojik uşaqları Şilohun şəkilləri üçün baş gicəlləndirən bir rəqəm almışdılar. Cütlüyə Şilohun şəkli üçün 4,1 milyon dollar ödənilib. Şiloh, eyni zamanda ana və atasıyla birlikdə mumiyası hazırlanan ilk məşhur övlad olma ünvanını da daşıyır.

Coli övladlığa götürdüyü Paks Sienin şəkillərinin yayımlanma haqqını da satmışdı. Vyetnamlı Paks Sienin ilk şəkli 2 milyon dollara satılıb.

Britni Spirs

Brtini Spirs ilk uşağı Şon Prestonun doğumu sayəsində də pul qazanmışdı. Spirs və o zaman evli olduğu Kevin Fadrlayn uşaqlarının ilk şəkli üçün 500 min dollar alıb. Cütlük ayrılıb. Spirs iki oğluyla birlikdə yeni bir həyata başlayıb.

Nikol Riççi və Co Madden

Nikol Riççi və həyat yoldaşı Coel Madden də qızları Harlounun ilk şəklinin yayım haqqını 1 milyon dollara satıblar. Anasının yaşadığı gecə həyatından uzaqlaşdıran Harlou indi 4 yaşındadır.

Cessika Alba

Cessika Alba da ilk uşağı Honor Marinin şəklinin yayım haqqını 1,5 milyon dollara satıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm