Qırmızı.az
Şirvanda sabiq polis işçisi narkotik üstündə yaxalandı
Şirvan şəhər polis şöbəsinin əməkdaşları keçmiş həmkarlarını narkotik üstündə saxlayıblar.
Şirvan ŞPŞ-dən verilən məlumata görə, polis əməkdaşlarının
kecirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 43
yaşlı Rövşən Hacıağa oğlu Hacıbabayev şübhəli şəxs qismində
saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,957 qram çəkidə
narkotik maddə olan heroin aşkar edərək götürülüb. Saxlanılan şəxs
narkotik vasitəni həmyerlisi, 50 yaşlı Lətif İzzət oğlu İmanovdan
aldığını bildirib.
Şöbəyə gətirilən Lətif İmanovun yaşadığı mənzilinə baxış keçirilən
zaman 14,299 qram çəkidə narkotik vasitə olan heroin, 2,554 qram
tiryək aşkar edilib.
Lətif İmanov saxlanılan zaman özünün üzərindən də 0,233 qram çəkidə
narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Lətif İmanov əvvəllər DYP-də polis inispektoru olub
və narkotik qəbul etdiyi üçün Daxili İşlər Orqanlarından
qovulub.
Hər iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib və istintaq
davam etdirilir. /gun.az/
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!