Ər keçmiş həyat yoldaşının boğazını kəsdi
Bizi izləyin

Qırmızı.az

Ər keçmiş həyat yoldaşının boğazını kəsdi

37 yaşlı kişi 28 yaşlı keçmiş həyat yoldaşına ağır bədən xəsarətləri yetirib. Pulbika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Sultanbağı Məhəlləsi Hisar Qalası yolunda meydana gəlib.

Belə ki, Muhittin Öztürk bir müddət öncə boşandığı keçmiş həyat yoldaşı Tuğba Arıka telefon açaraq onunla görüşmək istədiyini bildirib. Hisar Qalasında görüş zamanı onlar arasında mübahisə yaranır və nəticədə Muhittin Öztürk Tuğba Arıka bıçaqla saldırır. Keçmiş ər həyat yoldaşanın kürək, sinə və qol nahiyəsindən bir neçə bıçaq zərbəsi endirir. Bununla hirsi soyumayan kişi qadının boğazını da kəsib və hadisə yerini tərk edib.

Bu vaxt qalaya gəzməyə gələn vətəndaşlar qan içində olan yaralı qadını gördükdə polisə və təcili yardıma bununla bağlı məlumat veriblər. Hadisə yerilən gələn təcili yardım əməkdaşları Tuğba Arıkın öldüyünü bildiriblər.

Polisin araşdırması nəticəsində Muhittin Öztürkün təslim olmaq üçün Baxçalıevlər Məhəlləsində yerləşən köhnə jandarma taborunun önündə olduğu məlum olub. Sözügedən ünvana yollanan polis əməkdaşları keçmiş həyat yoldaşını qətlə yetirən kişini yaxalayıblar. Hadisə ilə bağlı araşdırma gedir.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm