Xoşqədəm İran səfirliyi ilə anlaşdı
Bizi izləyin

Qırmızı.az

Xoşqədəm İran səfirliyi ilə anlaşdı

Dekabrın 20-də İran Mədəniyyət Mərkəzində mərhum şair Baba Pünhanın (Atabala Mədətzadə) 66 illiyi ilə əlaqədar anım xatirəsi və yaradıcılıq gecəsi keçiriləcək.

Publika.az-ın xəbərinə görə, bu barədə Baba Pünhanın dostu Xoşqədəm Cəbrayıloğlu məlumat verib.

Tədbirə 200-dən çox şair və yazıçı, publisist və jurnalist dəvət olunub.

Xoşqədəm Cəbrayıloğlu bildirdi ki, tədbirə yer ayrılması ilə bəzi qurumlara müraciət olunub. Lakin tədbirin keçirilməsi üçün icarə pulu tələb olunduğundan sonda İran Mədəniyyət Mərkəzi ilə razılığa gəlinib.

Qeyd edək ki, Baba Pünhan 1948-ci ildə Bakıda anadan olub.
2004-cü il aprelin 17-də dünyasını dəyişib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm