• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

22 azərbaycanlı alim pornoqrafiyada ittiham olunur -

22 azərbaycanlı alim pornoqrafiyada ittiham olunur -

Folklor İnstitununun tərtib etdiyi 23 cildlik "Azərbaycan folkloru" kitabı ilə bağlı qalmaqala institutunun direktoru Muxtar İmanov münasibət bildirib. O, Publika.Az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı artıq Nəsimi rayon Məhkəməsinin hakimi ilə görüşüb.

Muxtar İmanov hakimə bu kitabların kütləvi satış üçün deyil, yalnız mütəxəssislər üçün nəzərdə tutulduğunu söyləyib:

"Hakim də məni anladı. Çünki bu kitabların satışı qadağandır. Kitablar azsaylı nüsxə ilə çap edilir. Bu kitablar adi vətəndaşlar üçün yox, mütəxəssislər üçün nəzərdə tutulub".

İnstitutun direktoru bildirib ki, bu cür hallardan şou düzəltmək lazım deyil:

"Mən Tofiq Əliyevin kim olduğunu və bu kitabı necə əldə etdiyini bilmirəm. Bu haqda yazan saytların məqsədi isə başadüşüləndir. Hamıya maraqlı xəbər lazımdır".

______

Bakı sakini Tofiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu məhkəməyə verib.

Publika.Az ANN.Az-a istinadla xəbər verir ki, iddiaçı Folklor İnstitunu, bu institutun tərtib etdiyi 23 cildlik "Azərbaycan folkloru" kitabının redaksiya heyətini və çoxcildliyi nəşr edən"Nurlan"nəşriyyatını Azərbaycan xalqını, onun milli mənəvi dəyərlərini təhqir etməkdə ittiham edir.

İddiaçı cavabdeh tərəflərdən üst-üstə 400 min manat təzminat, habelə təkzib və iddianın subyekti olan kitabların satışdan yığılaraq məhv edilməsini tələb edir.

Cavabdehlər qismində "Nurlan"nəşriyyatının indiki və direktorları, "Azərbaycan folkloru"kitabının redaksiya heyətinin sədri, institutun sabiq direktoru Hüseyn İsmayılov, redaksiya heyətinin üzvləri – professor İsrafil Abbaslı, akademik Teymur Bünyadov, professor Məhərrəm Cəfərli, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, professor Paşa Fəndiyev, filoloji elmlər doktoru Qara Namazov, buraxılışa məsul, filoloji elmər namizədi Əziz Ələkbərli başda olmaqla ümumilikdə 22 nəfərin adı çəkilir.

Səbail rayon məhkəməsinə ümvanladığı iddia ərizəsində qeyd olunur ki, Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə sözügedən şəxslərdən bir qisminin iştirak etdiyi redaksiya şurasının hazırladığı 23 cildlik "Azərbaycan folkloru külliyyatı" kitabının 6-cı (səh. 322-324), 9-cu (səh.93-95), 10-cu (53-54) cildində "Azərbaycan xalqına, onun tarixinə, məişətinə, adət-ənənələrinə və mədəniyyətinə aşıq-aşkar hörmətsizlik" nümayiş olunub.

Toplu "Nurlan"nəşriyyatında işıq üzü görüb.

Məsələ burasındadır ki, qeyd olunan cildlərdə yerləşdirilən nağıllarda açıq-saçıq səhnələr ədəbsiz formada – vulqar sözlərlə təsvir olunur. Amma bu da dərd deyil. Külliyatın 6-ci cildindəki "Arzulounmaz kürəkən" nağılında qardaşın qardaşla, atanın inəklə cinsi əlaqəsindən söz açılır. Bundan başqa, məlum olur ki, bütün ailə üzvləri ana ilə də cinsi əlaqədə olublar.

İddiaçının fikrincə, "cavadehlərin kitabda nəşr etdirdikləri nağıllar" Azərbaycan adət-ənənəsinə açıqdan-açığa hörmətsizlik”, "xalqımıza təhqirdir”. Çünki bu nağıllar "Azərbaycan folkloru" kimi təqdim olunmaqla, onların altında Azərbaycan xalqının imzası qoyulub.

İddiaçı tərəf sözügedən faktları əsas gətirərək, Folklor İnstitunun və "Nurlan"nəşriyyatının Azərbaycan xalqından üzr istəməsini, kitabların dövriyyədən çıxarılaraq məhv olunmasını və cavabdehlərə ümumi həcmi 400 min manat olan cərimə kəsilməsini tələb edir.

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR