• USD 1,7002 0,00% EUR 1,9959 +0,09%
    • GBP 2,2523 +0,37% RUB 0,0287 0,00%

Millət vəkili türkdilli dövlətlərin inteqrasiyasını gündəmə gətirdi

Millət vəkili türkdilli dövlətlərin inteqrasiyasını gündəmə gətirdi

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısında qəbul olunmuş bəyannamənin Azərbaycan parlamenti tərəfindən təsdiq olunması çox önəmli və əhəmiyyətli hadisədir. Bunun türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq əlaqələrinin və inteqrasiya proseslərinin möhkəmlənməsinə böyük töhfə verəcəyini düşünürəm".

Publika.Az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

Deputatın fikrincə, qloballaşan dünyada inteqrasiya prosesləri getdikcə daha böyük vüsət alır, xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər belə əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxır:

"Planetimiz getdikcə sərhədsizləşir. Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil. Bu, türkdilli ölkələrə də aiddir. Öz müstəqilliyinin artıq 21-ci ilini yaşayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatı infrastrukturunun yaradılması prosesində xeyli tərəqqi olduğunu və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyi xüsusi vurğulanmalıdır.

Beynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması sahəsində görülən işlər, TRASEKA, böyük "İpək yolu"nun bərpası layihələrinin həyata keçirilməsi türkdilli xalqların bir-birinə və bütövlükdə dünyaya inteqrasiyasına bariz nümunədir.

Türkdilli ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə ikitərəfli və çoxtərəfli layihələrin, xüsusən sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahəsində layihələrin hazırlanmasının və həyata keçirilməsinin əhəmiyyətini bir daha qeyd etmək istərdim".

Publika.Az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>