• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycandakı yürüş Avropanın ən yaxşısı seçildi

Azərbaycandakı yürüş Avropanın ən yaxşısı seçildi

Xəbər verdiyimiz kimi Beynəlxalq Avropa Hərəkatının (BAH) Federal Assambleyasında iştirak etmək üçün Azərbaycan Avropa Hərəkatının (AAH) nümayəndə heyəti Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edib.

Azərbaycan Avropa Hərəkatının mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, 25 – 26 may 2012 ci ildə reallaşan səfərdə Azərbaycan Avropa Hərəkatının nümayəndə heyətinin tərkibində hərəkatın prezidenti Ramin Hacılı, baş katibi Aysel Qayıbxan, İdarə Heyətinin üzvü Xalisə Şahverdi və vitse prezidenti Sevinc Hacızadə iştirak edib.

Federal Assambleyanın gündəliyində olan əsas məsələlərdən biri də Azərbaycan Avropa Hərəkatının Beynəlxalq Avropa Hərəkatına tam hüquqlu üzvlük məsələsi olub. Müzakirələrdən sonra Azərbaycan Avropa Hərəkatının Beynəlxalq Avropa Hərəkatına tam hüquqlu üzvülük ilə bağlı müraciəti ikinci mərhələni də uğurla keçib. Bununla yanaşı Azərbayacan Avropa Hərəkatının 9 may Avropa günü ilə bağlı təşkil etdiyi “Avropalı gəzinti” yürüşü 2012 ci ilin ən yaxşısı olub.

Tədbirdə çıxış edən Beynəlxalq Avropa Hərəkatının prezidenti cənab Jo Leinen Azərbaycan Avropa Hərəkatının fəaliyyətindən razı qaldığını bildirib: “Biz görürük ki, Azərbaycan gəncliyi çox böyük həvəslə və enerji ilə Avropaya inteqrasiyanı dəstəkləməkdədir. Azərbaycanda olduğum zamanda şahidi oldum ki, gənclər çox güclü bir hərəkat qurublar. Bütun prosedurları uğurla keçən Azərbaycan Avropa Hərəkatını aramızda görməyimizə şadıq”.

Federal Assambleyanın ikinci hissəsində Azərbaycan Avropa Hərəkatının 9 may Avropa günü ilə bağlı təşkil etdiyi “Avropalı gəzinti” yürüşü barəsində video-rolik göstərilib, AAH barədə jurnal tədbir iştirakçılarına təqdim edilib və Azərbaycan Avropa Hərəkatının fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

Federal Assambleyanın sonunda Beynəlxalq Avropa Hərakatı Azərbaycanla bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

BAH Azərbaycanı Avropa dəyərlərinə sadiq qalmağa səsləyir

Brüsseldə keçirilən Beynəlxalq Avropa Hərəkatının (BAH) Federal Assambleyasında Beynəlxalq Avropa Hərəkatının prezidenti cənab Jo Leinen Azərbaycan hökümətindən Avropa dəyərlərinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağıraraq qeyd edib ki, Avropa Şurasına üzv olan bu ölkədə Avropa dəyərlərinə hörmət çox mühüm əhəmiyyət kəsb edir.

Son zamanlar Azərbaycanda baş verənlər Beynəlxalq Avropa Hərəkatının üzvləri arasında çaşqınlığa və narahatlığa səbəb olub. Avropa İttifaqı və Azərbaycan arasında davam etməkdə olan yaxın əməkdaşlığı və eyni istiqamətdə birliyi önə çəkərək eyni dəyərlərin paylaşıldığına heç bir şüphə qalmamalıdır. Bununla belə Azərbaycanın şansı tükənməyib və məhz buna görə Azərbaycanın Avropaya İnteqrasiya istiqamətində Avropa ailəsinə üzvlüyü sürətləndirlməlidir. Ümid edirik ki, Azərbaycan və Avropa arasındakı mövcud əməkdaşlıq daha da güclənəcək.

“Beynəlxalq Avropa Hərəkatının yeni seçilmiş prezidenti olaraq Azərbaycana səfərim zamanı Avropa ilə six əməkdaşlığa can atan bir öklənin şahidi oldum. Biz hamımız ümumi dəyərlərə söykənərək Azərbaycan və Avropa arasında sıx və uğurlu əməkdaşlıq istiqamətində birgə fəaliyyət göstərməliyik” , BAH-nın prezidenti cənab Jo Leinen.

Avropa Hərəkatının Azərbaycanda Milli Konsulluğunun yaradılması ilə artıq Azərbaycanda ilk dəfə olaraq sosial və siyası həyatın bütün spektorlarını hər tərəfli əhatə edən Avropa yönümlü QHT formalaşdı. “Bir çox gənclər tərəfindən irəli sürülən bu təşəbbüsü yüksək qiymətləndirir və dəstəkləyirəm” deyə cənab Jo Leinen bildirib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR