Bakıda qəza tıxac yaratdı
Bizi izləyin

Qırmızı.az

Bakıda qəza tıxac yaratdı

Paytaxtda ağır yol qəzası baş verib.

Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təxminən yarım saat bundan öncə Bakının Xətai rayonu, «Nobel» prospektində qırmızı rəngli «VAZ 2107» markalı avtomobillə ağ rəngli «Hyundai» markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində «VAZ 2107» markalı avtomobil hərəkət istiqamətini dəyişib. Belə ki, toqquşmadan sonra həmin nəqdiyyat vasitəsi yol kənarındakı səkiyə dəyərək yolun ortasına çıxıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Avtoqəzadan bir qədər sonra hadisə yerinə yol polisi əməkdaşları gəlib.

Şahidlərin sözlərinə görə, baş vermiş olayda günahkar «VAZ 2107» markalı avtomobilin sürücüsü olub. Belə ki, ilkin ehtimala görə, «VAZ 2107» markalı nəqliyyat vasitəsinin sürücüsü anidən «Hyundai» markalı avtomobilin qarşısına çıxıb.

Qeyd edək ki, sözügedən hadisə səbəbindən «Nobel» prospektində tıxac yaranıb.

Polislərdən qəza ilə bağlı ətraflı məlumat almaq mümkün olmayıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm