Daha bir yol bağlandı
Bizi izləyin

Qırmızı.az

Daha bir yol bağlandı

Bakıda daha bir yol təmirə bağlandı.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Atatürk prospektinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ("Ayna Sultanova" parkı istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərinin 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm