• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əli Əhmədov: “Azərbaycan demokratiyaya sadiqdir, amma...“

Əli Əhmədov: “Azərbaycan demokratiyaya sadiqdir, amma...“

"Avropa Parlamentinin may ayının 24-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin qərəzli və qeyri-obyektiv olması barədə ekspertlərin fikirləri ilə razılaşmaya bilmərəm". Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına verdiyi müsahibədə deyib.

Publika.Az-ın məlumatına görə, Əli Əhmədov Avropa Parlamentinin bu qətnaməsinin qeyri-obyektivliyi ilə xüsusilə seçildiyini bildirib: "Yəqin ki, bu səbəbsiz deyil. Hesab edirəm ki, araşdırmalar belə bir qətnamənin qəbul olunmasının kimlərə maraqlı olması sualına cavabı tapmağa kömək edəcək.

Kimlərin marağına uyğun olmasından asılı olmayaraq, qətnaməni Avropa Parlamenti qəbul edib, deməli, qərəz və qeyri-obyektivliyin məsuliyyəti onun üzərinə düşür".

YAP sədrinin müavini beynəlxalq təşkilatların bu sayaq davranışlarından danışarkən suverenlik məsələsini diqqətə çıxarıb:

"Əlbəttə, etiraf etmək lazımdır ki, ayrı-ayrı beynəlxalq təşkilatların yaranması və fəaliyyəti müasir dünyanın reallığıdır. İndiki dünya düzümü şəraitində bu reallıqdan kənar yaşamaq mümkün deyil. Ancaq nəzərə alınmalıdır ki, beynəlxalq təşkilatların zəruriliyi və mövcudluğu dövlətlərin suverenliyi anlayışına qarşı çevrilməyib və çevrilə bilməz.

Heç bir beynəlxalq təşkilat, BMT-dən tutmuş regional təşkilatlara qədər, o təşkilatlara üzv olan dövlətlərin suverenliyini, xalqların müstəqilliyini əvəz edə bilməz. Başqa sözlə, beynəlxalq təşkilatda iştirakçılıq dövlətin suverenliyinin alternativi deyil".

Əli Əhmədov deyib ki, Avropa Parlamentinin Avropa İttifaqı ilə əməkdaşlıq layihələrində iştirak edən bir dövlətlə əlaqələrini dialoq deyil, yalnız tənqid yolu ilə həyata keçirmək istəyini sadəcə başa düşmək mümkün deyil: "Birtərəfli tənqid yolu tərəflər arasında qarşılıqlı etimada və əməkdaşlıq mühitinə ciddi kölgə salır".

Azərbaycanın Avropa İttifaqı ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq etdiyini və buna xüsusi önəm verdiyini deyən Əli Əhmədov hesab edir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gələcəyinə Avropa Parlamentinin seçdiyi qeyri-obyektiv və qərəzli tənqid ritorikası ciddi zərbə vurur:

"Azərbaycan inteqrasiya siyasətinə sadiqdir, lakin bunu öz müstəqilliyinin alternativi kimi görmür Azərbaycan inteqrasiya siyasətinə sadiqdir, lakin bunu öz müstəqilliyinin alternativi kimi görmür. Hər bir dövlət kimi Azərbaycan üçün də ən ali dəyər suverenlikdir və onu heç nə ilə dəyişmək fikrində deyil.

Digər tərəfdən, inteqrasiya siyasəti dedikdə, təkcə bir coğrafi istiqamətin düşünülməsi də doğru olmazdı. Azərbaycan demokratiya, insan haqları və s. kimi fundamental dəyərlərə sadiqdir. Ancaq bu dəyərlərin yalnız Avropaya xas olduğunun iddia olunmasını düzgün saymıram. Yaponiya, Koreya Respublikası və s. kimi güclü iqtisadiyyatlar və siyasi sistemlər yuxarıda qeyd olunan dəyərlərin coğrafi istiqaməti haqqında ənənəvi baxışlarda ciddi dəyişikliklər yaradıb".

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR