Qırmızı.az
Qısqanc ərdən arvadına dəhşətli cəza
Türkiyənin İzmir şəhərində ailədəki zorakılığa görə ayrılan cütlük qadının hamilə olması səbəbi ilə yaxınlar tərəfindən təkrar bir araya gətirilir.
Publika.Az-xəbər verir ki, barışdıqdan sonra arvadı Dilək Kanyılmaza heç bir zorakılıq göstərməyəcəyinə söz verən əri Orhan Kanyılmaz ayrı olduqları müddətdə arvadının icazəsiz şəhərə çıxıb-çıxmadığının haqq-hesabını çəkməyi qərarlaşdırır.
Belə ki, qısqanc ər arvadı evə qayıtdığı gecə tavaya yağ töküb isidir. Sonra Diləyi yanına çağırıb ayrı olduqları zaman təkbaşına şəhər mərkəzinə gedib-getmədiyi soruşur. Ona Qurana əl basdırsa da inanmır. Qaynar yağı qadının üzünə və ayaq nahiyəsinə tökür. Acıdan qıvranan qadın evdən qaçıb canını qurtarmağa çalışır. Qonşularının evindən anasına zəng edən qadını xəstəxanaya yerləşdirirlər. Hazırda Dilək Kanyılmaz ikinci dərəcəli yanıqla müalicə alır. Orhan Kanyılmaz isə hələ də axtarışdadır. Diləyin anası aidiyyatı dövlət qurumlarından qızına və ailəsinə sahib çıxmağı xahiş edir. O düşünür ki, təhlükə hələ də sovuşmayıb. Orhan Kanyılmaz qısqanclığının ucbatından hamını qətlə yetirə bilər.
Günay Muradlı
Publika.Az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!