Bakıda məşhur gecə klubu bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda məşhur gecə klubu bağlandı

Bakının mərkəzində yerləşən “İnfiniti” gecə klubu ötən axşam bağlanıb.

Bu barədə Arqument.az-a axşam klubda olan şəxslərdən biri məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında Vidadi küçəsi 148-də yerləşən gecə klubunda əyləncə təşkil olunaraq yüksək tonla musiqi səsləndirilib.

Ərazidə olan polis əməkdaşları isə eks-prezident Heydər Əliyevin anım günü olduğu üçün musiqinin dayandırılmasını tələb ediblər. Onlar bunun sayğısızlıq olduğunu deyiblər.

Ancaq buna baxmayaraq, "İnfinti" klubunun rəhbərliyi polisin tələbinə əhəmiyyət verməyib və əyləncə proqramı davam etdirilib.

Bundan sonra əraziyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları gələrək sayğısızlıq edən klubu bağlayıblar. Saxlanılanların olub-olmadığı barədə isə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm