Asəf Hacıyev Ermənistanda qarşılaşdığı qəribə olaydan danışdı
Bizi izləyin

Qırmızı.az

Asəf Hacıyev Ermənistanda qarşılaşdığı qəribə olaydan danışdı

"Səfər çərçivəsində Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın heç bir halda danışıqlara getməyəcəyini bir daha bəyan etdik".

Bunu Publika.Az-a açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün mayın 21-dən 24-dək Ermənistanda səfərdə olmuş Milli Məclisin deputatı Asəf Hacıyev bildirib.

Deputat söyləyib ki, həmkarları Musa Quliyev və Jalə Əliyeva ilə birgə, İrəvan səfərləri çox məhsuldar keçib:

"Ermənistana səfərimiz Gürcüstandan keçməklə, reallaşdı. Əvvəlcə Gürcüstana təyyarə ilə, oradan isə türkiyəli deputatlarla birgə bizim üçün ayrılan avtobusla Ermənistan sərhədinə çatdıq. Sərhədi keçəndən sonra Ermənistan Təhlükəsizlik Xidmətinin mühafizəsi altında İrəvana gəldik. Orada 5 ulduzlu oteldə qalırdıq. Bu tək bizə yox, bütün tədbir iştirakçılarına şamil edilmişdi. Xüsusi problem yaşamadıq. İclasdan sonra keçirilən mətbuat konfransında Azərbaycanın haqlı mövqeyini bir daha bəyan etdik. Açıq şəkildə qeyd etdik ki, Azərbaycanla Ermənistan arasında

müharibə bitməyənə qədər heç bir danışıqlardan söhbət gedə bilməz. Bununla bağlı qəti və prinsipial mövqeyimizi növbəti dəfə ortaya qoyduq".

Səfər çərçivəsində yalnız tarixi Azərbaycan məhəlləsini görə bildiklərini deyən millət vəkili bu zaman bir sıra maraqlı olaylarla qarşılaşdıqlarını da söylədiklərinə əlavə etdi:

"Şəhərin görməli yerlərinə də bütün heyətlə birlikdə ekskursiya təşkil edilmişdi. Biz də onun əvəzinə Azərbaycan məhəlləsini görməyə üstünlük verdik. Yanımızda bütün vaxtı təhlükəsizlik xidmətindən kimsə olduğuna görə, təbii ki, yerli xalqla ünsiyyətdə olmadıq. Sadəcə olaraq, Azərbaycan məhəlləsində buradan evlərini dəyişib gedən ermənilərə rast gəldik. Onlar da ancaq təəssüfləndiklərini və Azərbaycan üçün darıxdıqlarını bildirdilər. Buradakı şəraiti, yaşayışı unutmadıqlarını həmin məhəllədə yaşayan bir neçə erməni dəfələrlə söylədi".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm