• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qənirə Paşayeva Pakistanda görüşlər keçirib - FOTOLAR

Qənirə Paşayeva Pakistanda görüşlər keçirib - FOTOLAR

Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Raza ilə görüşüb.

Ona Azərbaycanla, burada qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Syeda Shehla Razaya qaçqın və məcburu kökün qadınlarıla da bağlı danışıb.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı komitə sədrinə təşəkkürünü bildrib. “

Millət vəkili Qənirə Paşayeva xanım Syeda Shehla Razaya Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var.

Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən xanım Syeda Shehla Raza bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva xanım Syeda Shehla Razaya müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Qənirə Paşayeva Pakistan Parlamentinin Müdafiə və Müdafiəsi məsələləri Komitəsinin sədri, senator Muşahid Hüseyn Sayed ilə də görüşüb.

Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı komitə sədrinə təşəkkürünü bildirib.

Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən senator Muşahid Hüseyn Sayed bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib

Muşahid Hüseyn Sayedi təkrar Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili Qənirə Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Muşahid Hüseyn Sayedi Azərbaycanı təkrar görməkdən böyük məmnuniyyət duyacağını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR