Qırmızı.az
AYB-nin Güney Azərbaycan şöbəsindən bəyanat
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi İranda yoxa çıxmış iki yazar - Fərid Hüseyn və Şəhriyar del Gerani ilə bağlı bəyanat verib.
Publika.Az-ın məlumatına görə, bəyanatda deyilir: "2 may 2012 il tarixdə İranın məxfi orqan əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları - iki gənc yazar Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) tutularaq bəlli olmayan yerə aparılması və talelərindən bu günə kimi heç bir xəbərin olmaması bizi də nigaran edib.
Gənc yazarların mədəni tədbirlərdə iştirakı və ya İran adlanan ölkəyə turistik səfərlərindən İran rejiminin narahat olması, “qonşu” dövlətin guya bu gənclərin harada və kim tərəfindən tutulub aparıldığından “bixəbər” olması onların Azərbaycana qarşı olması və anti-Azərbaycan siyasətinin bariz göstəricisidir.
Biz belə münasibətə qarşı öz etirazımızı bildirir, eyni zamanda İran adlanan ölkənin hakim qüvvələrindən tezliklə gənc yazarların azadlığa buraxılmasın tələb edir, Azərbaycan Respublikasının qonşu ölkələrlə olan səmimi və qarşılıqlı hörmət əsasında qurulmuş munasibətini görməyə çağırırıq".
Publika.Az
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO